Azərbaycanda koronavirusla mübarizə üçün yaradılmış fonda 111 milyon manatdan artıq pul köçürülüb
Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə hökumət tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 111 029 718 manat ianə köçürülüb. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan www.koronavirusinfo.az saytında yayımlanıb. Saytın məlumatında o da qeyd olunub ki, fonda pul köçürmək istəyənlər www.koronavirusinfo.az platformasına daxil olaraq ianə köçürə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması üçün Fərmanı imzalamışdı. Həmin fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılmışdır. Hüquqi və fiziki şəxslər tərəfindən də fonda dəstək göstərilib. Hal-hazırda bu günə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş ianələr ümumi həcimi 111 029 718 manat təşkil edir.

Onu da əlavə edə ki, bu günə qədər Azərbaycanda koronavirusa 822 nəfər yoluxub. Onlardan 63 nəfəri artıq sağalıb, 8 nəfər isə dünyasını dəyişib.
Print Email
FaceBook Twitter Google