Türkiyədə koronavirusdan həlak olanların sayı 1198 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 1 198 nəfərə çatıb. Onların 97 nəfəri sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 35 720 nəfər üzərində müayinə aparılıb. Onlardan 4 789 nəfərdə infeksiya aşkarlanıb.

İndiyədək Türkiyədə koronavirusdan 3 446 nəfər xəstə sağalaraq evə buraxılıb.
Print Email
FaceBook Twitter Google