Britaniyanın baş naziri Boris
Consonun vəziyyətinin normal olduğu bildirilir. 55 yaşlı baş nazir
artıq iki gündür ki, reanimasiyadan çıxarılıb və bazar günü
xəstəxananı tərk edib.
Consonun daha əvvəl COVID-19 simptomları ilə xəstəxanaya
yerləşdirilməsindən sonra vəziyyəti pisləşib və o, reanimasiya
şöbəsinə köçürülüb. Bu haqda Britaniya baş nazirinin ofisindən
xəbər verilib.
Conson koronavirus testi müsbət nəticələnəndən sonra aprelin 5-də
əlavə testlər keçirilməsi üçün xəstəxanaya aparılıb.
Xarici İşlər naziri Dominik Raab hazırda Consonun vəzifələrini
müvəqqəti yerinə yetirir. Belə ki, Britaniyada baş nazir müavini
vəzifəsi yoxdur.
Raab baş nazirin xəstəxanaya düşməsinə baxmayaraq, hökumətin işini
davam etdirəcəyini deyib.
Britaniyada artıq 10 minə yaxın insan koronavirusadan həyatını
itirib.
Britaniyanın Səhiyyə Nazirliyi COVID-19-a 2 gün ərzində hər gün
1000 nəfər olmaqla, 2000 adamın yoluxduğunu bildirib.
Son 24 saat ərzində 917 xəstə ölüb. Ölənlər arasında 11 yaşlı uşaq
da var.
Mənbə:
Amerikanin
səsi