Koronavirusdan ölənlərin sayına görə ABŞ birinci yerdədir
Koronavirusdan ölənlərin sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə ölənlərin sayı artıq 20 mini keçib. Ən çox ölüm hallarının Nyu-York ştatında qeydə alındığı vurğulanır.

Bütün ölkə üzrə yarım milyondan çox adamda koronavirusa yoluxma aşkarlanıb.

ABŞ Prezidenti Donald Tramp COVID-19 koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə üzrə fəlakət elan edib.

Bu, ABŞ-da bütün 50 ştatda ilk dəfə təbii fəlakət elan edilməsidir. Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatlara görə, Amerika mediası və mütəxəssisləri indiyə qədər dəfələrlə Trump-ın COVID-19 epidemiyasını cilovlamaq üçün hərəkətlərini tənqid edən materiallar dərc ediblər. Qeyd olunur ki, mütəxəssislər qışda virusun yayılması üçün sərt tədbirlərin görülməsini tələb etsələr də, ABŞ prezidenti təkliflərlə razılaşmayıb. O, daha çox Dünya Səhiyyə Təşkilatının hərəkətlərini tənqid etməkdədir və prezident hesab edir ki, bu təşkilat yeni virus növünün yayılması zamanı Çinə daha çox vaxt ayırıb.

Ölü sayına görə, İtaliyada ikinci yerdədir, bu ölkədə indiyə qədər 19 min 500 adam ölüb, 152 mindən çox adamda infeksiya aşkar edilib. İspaniya ölüm nisbətinə görə üçüncü yerdədir. Orada 17 minə yaxın insan həyatını itirib. Virus aşkarlananların sayı isə 163 mini keçib.

Səhiyyə ekspertləri bizneslər bağlı, insanlar evlərdə qalmasa yay aylarında Amerikada ölənlərin sayının 200 mini keçəcəyini təxmin edir.

Mənbə: Amerikanin səsi
Print Email
FaceBook Twitter Google