Mənə inanmırsınızsa, hərbiçilər və polislər qanunu tətbiq edəcəklər, seçim sizindir! – Filippin prezidenti əhaliyə
Filippin Prezidenti Rodriqo Duterte əhalini ona inanmadıqları və ciddi karantin qaydalarına əməl etmədikləri təqdirdə hərbi vəziyyət tətbiq etməklə hədələyib.

“Mən yalnız bir az nizam-intizam istəyirəm. Mənə inanmırsınızsa, o zaman polis və hərbçilər sizə nəzarət edəcəklər. Qanun hərbçilər və polislər tərəfindən tətbiq ediləcək və hərbi vəziyyət elan olunacaq. Seçiminizi edin!" – Duterte deyib.

Bu, Filippin prezidentinin əhalini təhdid etdiyi ilk hal deyil. Duterte bir müddət əvvəl karantin pozanları öldürmək üçün hüquq mühafizə orqanlarına icazə vermişdi.

Filippində koronavirusa 5660 yoluxma halı qeydə alınıb. Virus ölkədə 360 nəfərin ölümünə səbəb olub.

Print Email
FaceBook Twitter Google