Dünyada koronavirusa 2.3 milyon yoluxma halı təsdiqlənib, 160 mindən çox insan həyatını itirib
COVID -19-a yoluxma halları artmaqdadır.
Artıq dünyada 2.3 milyon yoluxma halı təsdiqlənib, 160 mindən çox
insan həyatını itirib.
Bunu Con Hopkins Koronavirus Mərkəzi bildirib.
Harvard Universiteti alimləri hazırkı testlərin sayı 3 dəfə
artırılmayana qədər Amerikada bizneslərinin açılmasının mümkün
olmayacağını və insanların təhlükəsinin yüksələcəyini bildirir.
ABŞ prezidenti Donald Tramp gələn həftə bir neçə ştatın
koronavirusla bağlı ölçülərə əməl etməklə bizneslərini açacağını
bəyan edib.
Texas və Vermont bazar ertəsi, Montana isə cümə günündən etibarən
bəzi biznesləri bərpa etməlidir.
Alimlər mayın ortalarına qədər testlərin sayının 500 minlə 700 minə
çatdırılmasını istəyir. İndi gündəlik testlərin sayı 146
mindir.
Ümumdünya Səhiyyə Təşkilatı isə COVİD-19-a yoluxub sağalanların bir
daha yoluxma riski olmadığına dair dəlil əldə edilmədiyini bəyan
edib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Koreya şöbəsi
koronavirus keçirmiş 163 nəfərin yenidən virusa yoluxduğunu
bildirib.
Vaşqintonla Pekin arasında isə virusla bağlı mübahisələr davam
edir.
Əvvəlcə Çinin virusa cavab səylərini dəstəkləməsinə baxmayaraq,
indi prezident patogeni "Çin virusu" adlandıraraq tənqidlərə
başlayıb.
Prezidentin tənqidçiləri onun Çini öz administrasiyasının virusla
mübarizədə atdığı yanlış addımlardan diqqətləri yayındırmağa
çalışdığını deyir.
Aprelin 19-da Avsraliya Çini virusla bağlı şəffaflığa və virusun
necə yayıldığına dair beynəlxalq araşdlrmalara çağırıb.
Washington Post-un yazdığına görə, yanvar və fevral aylarında ABŞ
şirkətləri Çinə maska və qoruyucu avadanlıqlar göndərilməsini
təklif etmişdi. Lakin qəzet Ağ Evin təhlükənin ciddiliyini nəzərə
almadığını bildirib.
Eyni zamanda 13 ölkə virusun iqtisadiyyata təsirinin azaldılması
üçün qlobal əməkdaşlığa çağırıb.
Britaniya, İndoneziya, Almaniya, Sinqapur, Türkiyə və Kanada birgə
bəyanat yayaraq həyatlar və heyvandarlığın xilası üçün birgə
işləməyin vacibliyini vurğulayıb.
İtaliya, Braziliya, Fransa, Meksika, Cənubi Koreya, Mərakeş və
Perunun də qatıldığı bu kollektiv ictimai səhiyyə, səyahət, ticarət
sahələrində iqtisadi və maliyyə ölçülərinin götürülməsinə and
içib.
Mənbə: Amerika səsi