Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24
saat ərzində ölkədə koronavirusa 4767 yeni yoluxma faktı
təsdiqlənib ki, bununla da virusa yoluxanların ümumi sayı 90 980-ə
çatıb.
Nazirliyin verdiyi açıqlamaya görə, gün ərzində daha 123 nəfər
koronavirus səbəibylə həyatını itirib və ölənlərin ümumi sayı
2140-a çatıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə
komendant saatı rejimini daha 4 gün müddətində - 26 aprelə qədər
uzadıb.