Gürcüstanla ticari nümayəndəliyimizin açılışını müzakirə etməyə hazırıq – Lavrov

Rusiya Federasiyasının Xarici İşlər Naziri, Sergey Lavrovun bəyənnaməsinə görə, Rəsmi Moskva Gürcüstanla ticari nümayəndəliyinin açılışını müzakirə etməyə hazırdır.


Bu haqda məlumatı rus dövlət mediası “Tass” yayır. Ancaq Lavrov sözügedən təklifin gürcü tərəfindən gəlməli olduğunu qeyd edir.

"Diplomatik əlaqələrin kəsilməsinin təşəbbüskarı biz olmadığımızdan, onları qaydasına salmağa hazırıq. Yəqin ki, gürcü həmkarlarımızın bu mövzuya nə vaxt toxunacağını gözləməliyik. Həmçinin Ticari Nümayəndəlik müəyyən razılıqların mövcud olmasını nəzərdə tutur. Bunun dərhal hansısa fayda gətirəcəyini düşünmürəm, lakin bununla bağlı hərhansısa bir təklif alsaq, mövzunun mümkünlüyünü müzakirə edəcəyik", – deyə Lavrov bildirib.

"Tass"-ın verdiyi məlumata görə, Lavrov Gürcüstanla əməkdaşlığın inkişafına maraqlıdı və bunu "mümkün qədər geniş şəkildə hər iki ölkə vətəndaşlarının və xalqının xeyrinə" etmək lazımdır.

"Əgər bizim tam hüquqlu səfirliyimiz olsaydı, iqtisadi və ticari iş birliyimiz və mədəni əlaqələrimiz daha tez və səmərəli şəkildə həll edilərdi",–deyə o, bildirib.

Bundan başqa Lavrov Moskvanın yaxın gələcəkdə Gürcüstanla hava əlaqələrinin bərpa olunmasını məsələsinin həll ediləcəyinə ümid etdiyini bildirib.


 

Print Email
FaceBook Twitter Google