Azərbaycanda koronavirusa yoluxanların sayı 1480, ölü sayı isə 20 nəfərə çatdı
Azərbaycanda koronavirusa daha 44 nəfər yoluxub. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1480 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 865 nəfəri artıq sağalıb, 20 nəfər isə dünyasını dəyişib.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 595 nəfər müalicə olunur. Onlardan 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılmışdır.
Print Email
FaceBook Twitter Google