Azərbaycanda koronavirusa yoluxanların sayı 1480, ölü sayı isə 20 nəfərə çatdı
Azərbaycanda koronavirusa daha 44 nəfər yoluxub. Bununlada bu günə
qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1480 nəfərə
çatdı.
Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az
saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 865
nəfəri artıq sağalıb, 20 nəfər isə dünyasını dəyişib.
Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 595
nəfər müalicə olunur. Onlardan 14 nəfərin vəziyyəti ağır, 20
nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda xüsusi
rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam
etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli
xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin
edilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə
əlaqədar 102.764 test aparılmışdır.