Azərbaycanda koronavirusa yoluxanların sayı 1548 nəfərə çatdı
Azərbaycanda koronavirusa daha 30 nəfər yoluxub. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1548 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 948 nəfəri artıq sağalıb, 20 nəfər isə dünyasını dəyişib.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 580 nəfər müalicə olunur. Onlardan 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.
Print Email
FaceBook Twitter Google