Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 2491 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 2491 nəfərə çatıb. Onların 115 nəfəri sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 40 962 nəfər üzərində müayinə aparılıb. Onlardan 3116 nəfərdə infeksiya aşkarlanıb.

İndiyədək Türkiyədə koronavirusdan 18 491 nəfər xəstə sağalaraq evə buraxılıb.
Print Email
FaceBook Twitter Google