Ermənistanda koronavirusa yoluxanların sayı 1523 nəfərə çatıb
Ermənistanda daha 50 nəfərdə koronavirus aşkarlanıb. Bununla da
Ermənistanda virusa yoluxanların sayı 1523 nəfərə çatıb.
Bu haqda məlumatı news.am saytı yayıb.
Ermənistan mətbuatının yazdığı məlumata görə, xəstəxanada
hal-hazırda 840 nəfər müalicə olunur. Onlardan 659 nəfəri artıq
sağalıb, 24 nəfər isə ölüb.