Azərbaycanda koronavirusa yoluxanların sayı 1617, ölü sayı isə 21 nəfərə çatdı
Azərbaycanda koronavirusa daha 25 nəfər yoluxub. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1617 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 1080 nəfəri artıq sağalıb, 21 nəfər isə dünyasını dəyişib.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 516 nəfər müalicə olunur. Onlardan 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120 479 test aparılmışdır.
Print Email
FaceBook Twitter Google