Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 2706 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 2706 nəfərə çatıb. Onların 106 nəfəri sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 1 838 308 nəfər üzərində müayinə aparılıb. Onlardan 1831 nəfərdə infeksiya aşkarlanıb. Sutka ərzində 3845 nəfər sağalıb.

İndiyədək Türkiyədə koronavirusdan 25 582 nəfər xəstə sağalaraq evə buraxılıb.
Print Email
FaceBook Twitter Google