Ermənistanda koronavirusa yoluxanların sayı 1677, ölü sayı isə 28 nəfərə çatdı
23:15 / 25.04.2020
Ermənistanda daha 81 nəfərdə koronavirus aşkarlanıb. Bununla da
Ermənistanda virusa yoluxanların sayı 1677 nəfərə çatıb.
Bu haqda məlumatı news.am saytı yayıb.
Ermənistan mətbuatının yazdığı məlumata görə, xəstəxanada
hal-hazırda 846 nəfər müalicə olunur. Onlardan 803 nəfəri artıq
sağalıb, 28 nəfər isə ölüb.