Azərbaycanda koronavirusa daha 49 nəfər yoluxub
Azərbaycanda koronavirusa daha 49 nəfər yoluxub. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1766 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 1267 nəfəri artıq sağalıb, 23 nəfər isə dünyasını dəyişib.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 476 nəfər müalicə olunur. Onlardan 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137 379 test aparılmışdır.
Print Email
FaceBook Twitter Google