Azərbaycanda koronavirusa daha 49 nəfər yoluxub
Azərbaycanda koronavirusa daha 49 nəfər yoluxub. Bununlada bu günə
qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1766 nəfərə
çatdı.
Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az
saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan
1267 nəfəri artıq sağalıb, 23 nəfər isə dünyasını dəyişib.
Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 476
nəfər müalicə olunur. Onlardan 18 nəfərin vəziyyəti ağır, 26
nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda xüsusi
rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam
etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli
xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin
edilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə
əlaqədar 137 379 test aparılmışdır.