Türkiyədə koronavirusdan sağalanların sayı 44 022 nəfərdi
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 3081 nəfərə çatıb. Onların 89 nəfəri sutka ərzində vəfat edib. Ölkədə bu günə qədər isə 117 943 nəfər koronavirusa yoluxub. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 43 498 nəfər üzərində müayinə aparılıb. Onlardan 2936 nəfərdə infeksiya aşkarlanıb. Sutka ərzində 5231 nəfər sağalıb.

İndiyədək Türkiyədə koronavirusdan 44 022 nəfər xəstə sağalaraq evə buraxılıb.

Bu arada sәhiyyә naziri Fәxrәddin Koca Elm Şurasının yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib.

Fәxrәddin Koca bildirib ki, yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı 10 faiz azalıb. Koronavirusla bağlı görülәn tәdbirlәrin öz bәhrәsini verib. Bunun davamlı olması çox әhәmiyyәtlidir.

Sәhiyyә naziri hәmçinin qeyd edib ki, bu proses әrzindә 7 428 tibb işçisi virusa yoluxub.
Print Email
FaceBook Twitter Google