Cənubi Qafqaz ölkələri arasında koronavirusa yoluxma halı ən çox hansı ölkədədir?
Cənubi Qafqaz ölkələri arasında koronavirusa yoluxma halının ən yüksək göstəricisi Ermənistanda qeydə alınıb. İkinci yerdə Azərbaycan qərarlaşıb, üçüncü isə Gürcüstandır. Bu günə qədər Ermənistanda koronavirusa yoluxanların sayı 1932 nəfərə çatıb. Virusdan 1000 nəfər sağalaraq evə buraxılıb, 30 nəfər isə virusun qurbanı olub.

Azərbaycanda 1766 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstəlikdən artıq 1267 nəfər sağalıb, 23 nəfər isə ölüb.

Gürcüstana gəlincə isə ölkədə bu günədək 517 yoluxma halı qeydə alınıb ki, bunlardan da 178 nəfər artıq sağalıb, 6 nəfər isə dünyasını dəyişib.
Print Email
FaceBook Twitter Google