Rusiyanın baş naziri koronavirusa yoluxub
Rusiyanın baş naziri Mixail Mişustin koronavirusa yoluxub. Rusiyanın dövlət mətbuatı “Tass”ın yazdığına görə, bu haqda Mişustinin özü bildirib.

“İndicə məlum oldu ki, koronavirusa görə götürülən testlərimin nəticəsi müsbət çıxıb”, – deyə o videokonfrans zamanı prezident Vladimir Putinə məlumat verib.

“Tass”ın verdiyi məlumata görə, Mişustinin vəzifəsini onun birinci müavini Andrey Belousov icra edəcək.
30 aprel tarixinə olan rəsmi məlumatlara görə, Rusiyada koronavirusa ümumilikdə 106 000-dən artıq insan yoluxub. 11 619 nəfər sağalıb, 1073 nəfər vəfat edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər