Yeni koronavirus dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan
yayılmağa başlayıb.
Bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqtonda buna dair sübutlar var.
"Bu virusun Uhan laboratoriyasından yayılımasını göstərən
şəhadətnamələr var. Biz lap əvvəldən bunu iddia edirdik, indi bütün
dünya buna əmin ola bilər", - “ABC News” telekanalının efirində
Pompeo deyib.
Bununla belə, dövlət katibi virusun məqsədli şəkildə və ya
fövqəladə hadisə səbəbindən yayılması barədə suala cavabdan
yayınıb.
"Biz bu suallara cavab vermək üçün bütün zəruri səylərə təşəbbüs
edirik. Biz və Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislər qrupunu
ora (Uhana-red) və Çinin başqa laboratoriyalarına göndərməyə
çalışırıq, amma Kommunist Partiyası əvvəlki kimi Çinə girişə mane
olur", - o qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp da bildirib
ki, o, COVID-19-un Çin Uhan şəhərindəki laboratoriyada süni şəkildə
yaradılması barədə sübutları görüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində
yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə
alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını
COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan
edib.
Mənbə: report.az