Səhvdir – Zelenski səfirin Tbilisi tərəfindən geri çağırılmasına münasibət bildirib
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin edilməsinə görə Gürcüstanın Ukraynadakı səfirin Teymuraz Şaraşenidzenin Tbilisiyə çağırılması “səhvdir”.

Ukrayna Prezidenti bu haqda Luqansk bölgəsinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bizim Gürcüstan və gürcü xalqı ilə gözəl münasibətlərimiz var. Bütün bunlara baxmayaraq biz öz səfirimizi məsləhətləşmələr üçün Ukraynaya geri çağırmayacağıq. Çünki, ölkələrimiz arasında olan münasibətlər istənilən ölkənin istənilən rəhbərliyindən öndə durur. Hesab edirəm ki, bu, gürcü tərəfin səhvidir. Düşünürəm ki, məsləhətləşmələrdən sonra hər bir tərəf başa düşəcək ki, istənilən ölkənin kadr siyasəti yalnız o ölkənin özünə və vətəndaşlarına aiddir.

Heç kimi incitməməyim üçün, düşünürəm ki, bu bizim daxili siyasətimizdir. Cənab Saakaşvili Ukrayna vətəndaşıdır, Ukrayna pasportu var və mən, Ukraynanın prezidenti, onu Prezident Yanında Mövcud İslahatlar (Şurasının) İcraiyyə Komitəsinin rəhbəri təyin etdim. Vəssalam”,
– deyə Zelenski bildirib.

Mayın 7-də Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Mayın 8-də Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliyani bəyanat verib ki, Gürcüstan Ukraynadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

Ona qədər isə Gürcüstanın Baş Naziri Qiorqi Qaxaria Saakaşvilinin təyinatını “qətiyyən qəbuledilməz” adlandırıb, amma həmin vaxt, Saakaşvilinin Ukraynanın Baş nazirin müavini vəzifəsini tutacağı barədə məlumat yayılmışdı.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google