Türkiyəyə müalicəyə getmək üçün viza lazımdır – səfirlik
Gürcüstanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, qonşu ölkəyə müalicəyə getmək istəyən vətəndaşlar viza aldıqları təqdirdə səyahət edə biləcəklər. Bu barədə bəyanat sosial şəbəkədə yayımlanıb.

"Türkiyə Respublikasında tibbi xidmət almaq istəyən Gürcüstan vətəndaşı, Türk Beynəlxalq Tibb Agentliyi (“USHAŞ”) tərəfindən verilən icazəni aldıqdan sonra müalicə məqsədi ilə viza üçün Türkiyə Respublikasının Tbilisi və ya Batumidəki Konsulluq Xidmətinə müraciət etməlidir",
– səfirliyin açıqlamasında bildirilir.

Türkiyə Səhiyyə Nazirliyi mayın 22-də Gürcüstan vətəndaşları da daxil olmaqla 31 ölkədən olan xəstələrin Türkiyəyə daxil olmasına icazə vermək barədə qərar qəbul edib.

Səfirlikdən verilən məlumata görə, xəstə və ya onu müşayiət edən şəxs tibbi yardım almaq üçün ilk növbədə Türkiyədəki müvafiq klinikaya müraciət etməlidir.

Xəstə və ya onu müşayiət edən şəxs Türkiyə Beynəlxalq Tibbi Xidmət Agentliyinin veb saytında – https://covid19st.ushas.com.tr/ saytında qeydiyyatdan keçməli və tələb olunan sənədləri yükləməlidir.

İcazəni aldıqdan sonra xəstə və ya onu müşayiət edən şəxs müvafiq klinika ilə nəqliyyat məsələsini planlaşdırmalıdır (xəstəni və onu müşayiət edən şəxsi avtomobil və ya hava reanimatoru ilə nəql etmək lazımdır).

Səfirlikdən verilən məlumata görə, xəstə ilə birlikdə yalnız 2 müşayiət edən şəxsə icazə verilir.

Əlavə məlumat üçün Gürcüstanın Ankaradakı səfirliyinin qaynar xəttinə müraciət edə bilərsiniz: Tel: +90 533 690 30 40; +90 539 220 82 80

Mənbə: ajaratv.ge
Print