Artıq Gürcüstan vətəndaşlarına müalicə məqsədilə Türkiyəyə daxil olmaq üçün viza almağa ehtiyac olmayacaq
Gürcüstan vətəndaşlarına və onu müşayiət edən şəxslərə tibbi müalicə məqsədilə Türkiyəyə daxil olmaq üçün tibbi viza almağa ehtiyac olmayacaq. Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən verilən açıqlamada bildirilir.

Səfirlikdən bildirdiklərinə görə, xəstə ilə birlikdə yalnız iki müşayiət edən şəxsə icazə verilir.

“Türkiyə tərəfi Türkiyə Respublikasında tibbi yardım almaq üçün Gürcüstan vətəndaşlarından tibbi viza almalarını tələb etmək qərarını bir daha nəzərdən keçirdi və bizə bildirdi ki, Gürcüstan vətəndaşları və onları müşayiət edən şəxslərin müalicə məqsədilə Türkiyəyə daxil olması üçün tibbi viza almağa ehtiyac olmayacaq. Qeyd olunan məsələ ilə bağlı ötən gün Gürcüstan səfirliyi ilə Türkiyənin müvafiq qurumları və Türkiyənin Gürcüstandakı diplomatik nümayəndəliyi arasında danışıq olub.

Buradan da irəli gələrək, Gürcüstanla vizasız rejim və artıq mövcud qaydalar davam edir: ilk növbədə xəstə və ya onu müşayiət edən şəxs tibbi yardım almaq üçün Türkiyədəki müvafiq klinikaya müraciət etməlidir;

Xəstə və ya onu müşayiət edən şəxs, müvafiq klinika ilə birlikdə, Türk Beynəlxalq Tibbi Xidmət Agentliyinin USHAŞ saytında – https://covid19st.ushas.com.tr/ saytında qeydiyyatdan keçməli və tələb olunan sənədləri yükləməlidir;

İcazəni aldıqdan sonra xəstə və ya onu müşayiət edən şəxs müvafiq klinika ilə nəqliyyat məsələsini planlaşdırmalıdır. Qeyd edək ki, xəstə ilə birlikdə yalnız 2 müşayiət edən şəxsə icazə veriləcək”,
– səfirliyin açıqlamasında bildirilir.

Mənbə: İnterPressNews
Print