Xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı 6260, ölənlərin sayı isə 76 nəfərə çatdı
Azərbaycanda koronavirusa daha 325 nəfər yoluxub. Bununla da bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 6260 nəfərə çatdı. Bu barədə məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, virusa yoluxanlardan 3665 nəfəri artıq sağalıb, 76 nəfər isə dünyasını dəyişib.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xüsusi rejimli xəstəxanalarda 2519 nəfər müalicə olunur. Onlardan 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315 527 test aparılıb.
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla