Nikol Paşinyan – Pis xəbər var, vəziyyət daha da pisləşir
Son 24 saat ərzində Ermənistanda 697 yeni koronavirusa yoluxma halı təsdiqlənib. Bu barədə Baş nazir Nikol Paşinyan “Facebook”-da canlı yayımda çıxış edərkən bildirib.

"Pis xəbər var, vəziyyət pisləşir, 697 yeni yoluxma halı təsdiqləndi. Bu o deməkdir ki, xəstəxanaya ehtiyacı olan insanlarımız var, lakin onları vaxtında xəstəxanaya yerləşdirməyə imkanımız yoxdur", – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, ölkədə minlərlə simptomsuz xəstə var ki, onlar koronavirusa yoluxduqlarını bilmirlər.

“Ölkədə 20 minə yaxın yoluxmuş insan var ki, onlar özlərinin koronavirusa yoluxduqlarını bilmirlər. Xəstəliyin əsas yayıcıları bu adamlardır”, – Paşinyan deyib.

Xatırladaq ki, Nikol Paşinyan və onun ailə üzvləri də koronavirusa yoluxublar.

Mənbə: İnterPressNews
Print