Xəbərlər
Corc Floydun işi ilə əlaqədar həbs olunan Derek Şovinə qarşı sürülən ittiham ağırlaşdırılıb, digər üç polis işçisinə qarşı isə ittiham irəli sürülüb
“Reuters” agentliyi xəbər verir ki, Minnesota prokurorları Corc Floydun saxlanılmasında iştirak edən hər dörd polis əməkdaşına qarşı ittiham irəli sürüblər.

Agentliyin məlumatına görə, bir neçə gün əvvəl saxlanılan və üçüncü dərəcəli qətldə ittiham olunan Derek Şovinə qarşı sürülən ittiham ikinci dərəcəli qətl kimi təsnifləndirilib, hadisədə iştirak edən digər 3 polis işçisi isə həbs olunub və ikinci dərəcəli qətldə iştirak və dəstək olmaqda ittiham edilib.

Qeyd edək ki, onlara qarşı sürülən ittiham sübuta yetirilərsə, hər dörd polis işçisini 40 ilədək həbs cəzası gözləyir.

Məlumat üçün bildirək ki, mayın 25-də 48 yaşlı afroamerikalı Corc Floyd saxlanılan zaman huşunu itirib. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Floydun saxlanılmasının video görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda bir polis məmurunun 9 dəqiqə boyunca Floydun boynundan dizi ilə basdığı görünür. Saxlanılan şəxsin səsi eşidilir və o, nəfəs ala bilmədiyini deyir.

Mənbə: İnterPressNews
ICON_SEP Print ICON_SEP