“Ermənistana kömək edək” – Gürcüstan hökumətinin ünvanına petisiya yaradıldı

Gürcüstan tərəfindən koronavirus pandemiyası istiqamətində Ermənistana kömək etmək üçün petisiya yaradılıb.


Petisiyaya görə, qonşu ölkəyə kömək dedikdə Gürcüstanda Ermənistandan olan xəstələrin müalicəsi nəzərdə tutulur.

“Gürcüstan hökumətindən xahiş edirik ki, belə çətin bir vaxtda qonşu ölkəyə kömək etməyi düşünsün. Kömək dedikdə, xəstələrinin müalicəsi üçün Gürcüstanın Ermənistana kömək təklif etməsini nəzərdə tuturuq. İnanırıq ki, bu, qonşu ölkəyə kömək etmək və bölgədəki epidemioloji vəziyyəti həll etmək üçün ən doğru addım olacaqdır ", - deyə petisiyada bildirilir.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Netgazeti” ilə söhbəti zaman bildirib ki, Ermənistandan bu vaxta qədər kömək xahişi almayıblar. Amma, qonşu ölkə yardım üçün Gürcüstana müraciət etsə XNMM öz səlahiyyətləri çərçivəsində erməni tərəfə kömək etməyə hazırdır.
İyunun 4-də Ermənistan Səhiyyə Nazirliyi son 24 saat ərzində 697 yeni Covid-19-a yoluxma halı olduğunu təsdiq edib. Bu, bir gündə ortaya çıxan yoluxma hallarının daha bir "anti-rekordudur". Son məlumatlara görə, cəmi 11 211 yoluxma halı olduğu bildirlir.

Nikol Paşinyan bu gün, iyunun 4-də səhər Facebook-da "Vəziyyət getdikcə pisləşir" və xəstəxanaya ehtiyacı olan insanların olduğunu, ancaq klinikaların çox yüklənmiş olduğuna görə bu insanların vaxtında xəstəxanaya qəbul edilə bilməyəcəklərini söyləyib.

"Bu gün ölkədə 20 minə yaxın yoluxmuş insan var. Onların nə özü nə də ətrafındakı insanlar onların yoluxduğunu bilmirlər. Bu insanlar xəstəliyin əsas yayıcısına çevrilirlər", - Paşinyan deyib.
Baş nazir daha ağır nəticələrin qarşısını almaq üçün "mövcud vəziyyət, hər bir vətəndaşın başqalarına potensial infeksiyanın daşıyıcısı kimi davranmasını tələb edir" deyib.

Baş nazirin sözlərinə görə, “bu andan maska taxmaq evdə istisna olmaqla hər yerdə məcburidir. Ermənistanda epidemiya əleyhinə hərəkata başlamaq lazımdır, bu zaman vətəndaşlar bir-birlərinə epidemiya əleyhinə qaydalara riayət etmək üçün nəzarət edəcəklər; qanun pozuntularının foto və videolarını Facebook-da yerləşdirin. Nəticələrə səbəb olacaq şeylər bizim fərdi hərəkətlərimizdir", - deyə o bildirib.

Epidemiyanın yenidən ortaya çıxması və artan yayılma fonunda bir neçə gün əvvəl Covid-19-a yoluxduğu təsdiqlənən Paşinyan yenidən vətəndaşları sosial məsafə normasına və pandemiya ilə əlaqəli digər qaydalara riayət etməyə çağırıb.

İyunun 2-də keçirilən brifinqdə Paşinyan ölkəni epidemiyadan qorumaq baxımından tətbiq olunan məhdudiyyətləri qorumaq nöqteyi-nəzərindən vəziyyətin 1-3 gün ərzində yaxşılaşdırılmalı olduğunu söyləyib.

Paşiniyan Facebook-da vətəndaşlardan xahiş etmişdi ki, ona qoyulan məhdudiyyətlərin pozulduğunu göstərən foto və video materiallar yollasınlar. Sonradan onun özü bir neçə material paylaşmışdı. Fotolarda və videolarda müxtəlif ictimai yerlər - banklar, poçt şöbələri, ictimai nəqliyyat və ya dükanlarda vətəndaşların bir-birlərinə yaxın dayandığı və məsafə saxlamadıqları görünür.

Ermənistanda Covid-19-a ilk yoluxma halı martın 1-də təsdiqlənib. Aprelin əvvəllərindən artma davam etsə də, yeni halların sayı aprel ayının ortalarında bir qədər azalmağa başlayıb. Yoluxanların sayının artması tendensiyasına baxmayaraq mayın 4-də Ermənistan fövqəladə vəziyyət rejimini ləğv edib.


Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google