Bakıda karantin qaydaları pozuldu – xüsusi təyinatlılar bir neçə nəfəri həbs etdi
14:33 / 08.06.2020
Azərbaycanın paytaxtı Bakı şəhərində Covid-19 epidemiyasına görə
müəyyən edilmiş karantin qaydaları vətəndaş tərəfindən pozulduqdan
sonra xüsusi təyinatlılar bir neçə nəfəri saxlayıb.
Hadisə iyunun 7-də Bakının Yasamal rayonunda baş verib. Sosial
şəbəkədə yayılan görüntülərdə binanın yaxınlığına onlarla polis
əməkdaşının səfərbər olunduğu, bəzilərinin tutulan vətəndaşları
təxliyə etdiyi görünür.
İyunun 8-də Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, haqqında
danışılan vətəndaşın saxlanılması zamanı "hüquq-mühafizə
orqanlarına müxtəlif əşyalar atan" daha 11 vətəndaş həbs
olunub.
Son məlumatlara görə, Azərbaycanda 7553 Covid-19 infeksiyası halı
təsdiqlənib, 88 nəfər vəfat edib, 4149 nəfər sağalıb, qalan 3316
xəstəninsə müalicəsi davam etdirilir.