Bakıda karantin qaydaları pozuldu – xüsusi təyinatlılar bir neçə nəfəri həbs etdi
Azərbaycanın paytaxtı Bakı şəhərində Covid-19 epidemiyasına görə müəyyən edilmiş karantin qaydaları vətəndaş tərəfindən pozulduqdan sonra xüsusi təyinatlılar bir neçə nəfəri saxlayıb.
Hadisə iyunun 7-də Bakının Yasamal rayonunda baş verib. Sosial şəbəkədə yayılan görüntülərdə binanın yaxınlığına onlarla polis əməkdaşının səfərbər olunduğu, bəzilərinin tutulan vətəndaşları təxliyə etdiyi görünür.



İyunun 8-də Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, haqqında danışılan vətəndaşın saxlanılması zamanı "hüquq-mühafizə orqanlarına müxtəlif əşyalar atan" daha 11 vətəndaş həbs olunub.

Son məlumatlara görə, Azərbaycanda 7553 Covid-19 infeksiyası halı təsdiqlənib, 88 nəfər vəfat edib, 4149 nəfər sağalıb, qalan 3316 xəstəninsə müalicəsi davam etdirilir.

Mənbə: Netgazeti
Print