Gürcüstan Ermənistana tibbi heyətlə kömək etməyi planlaşdırır

Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə, Səhiyyə Nazirliyinə koronavirus pandemiyası ilə mübarizədə Gürcüstanın Ermənistana göstərə biləcəyi yardım planı hazırlamaq tapşırılıb.


Qiorqi Qaxarianın sözlərinə görə, Ermənistan tərəfin etdiyi xahiş tibbi heyət vasitəsilə kömək etməyi nəzərdə tuturdu.

“Qonşu ölkələrimizdə vəziyyət çox gərgindir. Mən şəxsən Ermənistanın baş naziri, həm də səhiyyə naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə gündəlik əlaqə saxlayıram və qonşularımızın hansı köməyə ehtiyacı olduğunu artıq müəyyənləşdirmişik. Qarşılıqlı dəstək son dərəcə vacibdir və Gürcüstanın Səhiyyə Nazirliyinə artıq Gürcüstanın qonşu Ermənistana göstərə biləcəyi yardımı hazırlaması tapşırılıb. Bu, ilk növbədə belə görünür ki, tibb işçiləri vasitəsilə yardım olacaq. Qonşumuz tərəfindən də belə bir xahiş səsləndirildi”, – deyə Qaxaria bildirib.
Mənbə: Netgazeti

 

Print