Rəsmi statistikaya görə, Rusiya Federasiyasında ümumilikdə 502
436 koronavirusa yoluxma halı aşkar edilib.
Bu günə qədər virusdan 6 532 nəfər vəfat edib, 261 150 nəfər isə
sağalıb. Bununla yanaşı, son 24 saat ərzində 8779 yeni yoluxma halı
qeydə alınıb.
Lakin, bu rəqəmlərə baxmayaraq, Rusiyanın paytaxtı Moskva da daxil
olmaqla, demək olar ki, bütün bölgələrdə məhdudiyyətlərin
qaldırılmasına başlanılıb.
Əvvəlcə mayın 9-na təyin olunan "Qələbə Günü Paradı" iyunun 24-nə
planlaşdırılıb və iyulun 1-də Vladimir Putin başlatdığı
konstitusiya dəyişiklikləri səsverməyə çıxarılacaq (bununla yanaşı,
konstitusiya dəyişiklikləri artıq təsdiq olunub).