Rusiyada yarım milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb

Rəsmi statistikaya görə, Rusiya Federasiyasında ümumilikdə 502 436 koronavirusa yoluxma halı aşkar edilib.


Bu günə qədər virusdan 6 532 nəfər vəfat edib, 261 150 nəfər isə sağalıb. Bununla yanaşı, son 24 saat ərzində 8779 yeni yoluxma halı qeydə alınıb.

Lakin, bu rəqəmlərə baxmayaraq, Rusiyanın paytaxtı Moskva da daxil olmaqla, demək olar ki, bütün bölgələrdə məhdudiyyətlərin qaldırılmasına başlanılıb.

Əvvəlcə mayın 9-na təyin olunan "Qələbə Günü Paradı" iyunun 24-nə planlaşdırılıb və iyulun 1-də Vladimir Putin başlatdığı konstitusiya dəyişiklikləri səsverməyə çıxarılacaq (bununla yanaşı, konstitusiya dəyişiklikləri artıq təsdiq olunub).

Mənbə: Netgazeti

 

Print