56 günlük karantindən sonra Marneuli Bələdiyyə Məclisinin ilk iclası
Bu gün, 12 iyun tarixində 56 günlük karantindən sonra Marneuli Bələdiyyə Məclisinin ilk iclası baş tutub.

İclasda 9 məsələ müzakirəyə çıxarılıb. Marneuli Bələdiyyə Məclisinin deputatları 9 məsələnin hamısını dəstəkləyiblər.



Marneuli Bələdiyyə Məclisinin iclası meriyanın böyük zalında keçirilib. Marneuli Bələdiyyə Məclisinin zalı kiçik olduğundan deputatlar və iclasda iştirak etmək istəyi olanlar məsafə saxlaya bilmirlər.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iclas başlayan zaman bildirib ki, bundan sonra koronavisurun yayılmasının qarşısının alınması məqsədi ilə Bələdiyyə Məclisinin iclasları meriyanın böyük zalında baş tutacaq.
Print Email
FaceBook Twitter Google