“Gürcüstan Rusiya ilə quru sərhədi bu ilin avqustunda
aça bilər”.
Bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə
xüsusi nümayəndəsi Zurab Abaşidze “İzvestiya” nəşrinə bildirib.
Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstan tərəfi Rusiya ilə
birbaşa uçuşların bərpasına hazır olduğu barədə danışıb:
“Lakin pandemiyanın başa çatmadığı dövrdə, yəqin ki, bu
barədə danışmaq tezdir. Vəziyyət imkan verən kimi Gürcüstan
Rusiyaya birbaşa reysləri bərpa etməyə hazır olacaq. Lakin cavab
Rusiyanın qərarından və epidemioloji vəziyyətdən asılı
olacaq”.
Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa hava əlaqəsini ötən ilin
iyulun 8-də dayandırıb. Gürcü ekspertlərin hesablamalarına əsasən,
bu qərar ölkənin turizm sektoruna 1 milyard dollardan çox zərər
vurub.
Koronavirus pandemiyasına görə Gürcüstan martın 18-dən sərhədlərini
əcnəbilər üçün bağlayıb.
Mənbə: NewsBureau