Rusiya gəmisində 16 dənizçinin koronavirusa yoluxduğu təsdiqləndi

Cənubi Koreyanın Busan limanına girən Rusiya gəmisində 16 heyət üzvünün koronavirusa yoluxduğu təsdiqlənib, — bu barədə məlumatı Busan şəhərinin yerli hakimiyyət nümayəndəsinin sözlərinə əsaslanaraq CNN yayıb.



Verilən məlumata görə, göyərtəsində cəmi 21 dənizçi olan gəmi Vladivostok şəhərindən çıxıb və iki gün əvvəl Busan limanına girib.

Mənbənin CNN-ə verdiyi məlumata görə, dənizçilərlə təmasda olan təxminən 60 nəfər karantinə götürülüb.

 

Print Email
FaceBook Twitter Google