Azərbaycanda sutka ərzində Ermənistanda olduğundan daha çox Covid-19 halı aşkarlanıb
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, sutka ərzində ölkədə 478 yoluxma və 7 ölüm hadisəsi qeydə alınıb.

Rəsmi məlumatlara görə, hazırda ümumilikdə 13 207 yoluxma halının qeydə alındığı Azərbaycanda tibb müəssisələrində 5 958 xəstə müalicə olunur. Ölənlərin ümumi sayı isə 161-ə çatıb.

Ötən sutka ərzində Ermənistanda qeydə alınan yeni yoluxma hallarının sayı 418 olub.



Ermənistanda ümumilikdə 21 mindən çox yoluxma halı qeydə alınıb və 500-ə yaxın xəstə dünyasını dəyişib.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər