“Euronews” mənbəyə istinadən xəbər verir ki, Avropa Birliyi
məhdudiyyətləri qaldırdıqdan sonra sərhədlərini iyulun 1-dən
açacaq.
Gürcüstan bu ölkələr sırasındadır.
Ancaq “Euronews”un mənbəyinin bildirdiyinə görə, bu məsələ ilə
bağlı hər hansı bir qərar verilməyib və Avropa Birliyində bu haqda
müzakirə cümə günü davam edəcək.
“Euronews”un məlumatına görə, Braziliya, ABŞ, Rusiya və Qətər
Avropa Birliyinin iyulun 1-dən sərhədlərini açmayacağı ölkələrin
siyahısındadır. Gürcüstanın qonşuları – Ermənistan və Azərbaycan
isə bu siyahıda yoxdur.
Əvvəlcə iyulun 1-dən beynəlxalq müntəzəm uçuşların bərpa
olunacağını elan edən Gürcüstan öz sərhədlərini açmayacaq. Dünən,
iyunun 25-də isə hökumət
"müntəzəm uçuşların bərpa
olunmasının iyulun sonuna qədər təxirə salınacağını"
elan etdi.