“Reuters” agentliyi xəbər verir ki, ABŞ-da bir gündə 47000 yeni
koronavirusa yoluxma halı təsdiqlənib ki, bu da pandemiyanın
başlamasından bəri ən yüksək göstəricidir.
Agentliyin verdiyi məlumata görə, ABŞ-da koronavirus səbəbindən
daha 1199 nəfər ölüb.
Qeyd edək ki, ABŞ-ın 14 ştatında koronavirusa yoluxma halları iyun
ayında iki dəfə artıb.
ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun
direktoru Entoni Fauc ölkədə infeksiyanın gündəlik nisbətinin 100
mindən çox ola biləcəyini bildirib. O, Amerikalıların böyük bir
qisminin ictimai məsafəyə riayət etmədiklərini və maska
taxmadığını, bununla da vəziyyəti idarəolunmaz hala gətirə
biləcəklərini deyib.
Xatırladaq ki, ABŞ virusa yoluxanların və ölənlərin sayına görə
dünyada birinci yerdədir.