Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
Yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının
ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat
10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə
biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti
qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı
tarix müəyyənləşdirilir.
Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində
saxlanılacağı bildirilib.