Braziliyada koronavirusa daha 67 860 yoluxma halı təsdiqlənib və 1 284 nəfər dünyasını dəyişib

Braziliyada son 24 saat ərzində koronavirusa daha 67 860 yoluxma halı təsdiqlənib ki, bu da pandemiyanın başlanğıcından bəri ölkə üçün ən yüksək gündəlik göstəricidir, - bu haqda məlumat Braziliya Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.



Eyni məlumatlara görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 227 514-ə çatıb.

Ölümlərə gəldikdə, virus Braziliyada son 24 saat ərzində daha 1 284 nəfərin ölümünə səbəb olub və bununla da ölənlərin sayı 82 771 nəfərə çatıb.

Məlumat üçün bildirək ki, Braziliya həm yoluxmuşların sayına, həm də koronavirus ölümlərinin sayına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər