Ayasofya bu gündən cümə namazına açılır -VİDEO
Ayasofya bu gündən cümə namazına açılır, ABŞ və İngiltərə Rusiyanın kosmosa peyk silahı atdığını bildirib, İngiltərədə qapalı yerlərdə maska taxmaq məcburi olacaq, zorla işlədilən uyğurlara görə Nike və Apple-a çağırış edilib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

Ayasofya bu gündən cümə namazlarına açılır

UNESCO-nun dünya mədəniyyəti irsi siyahısına daxil olan Ayasofya cümə günündən etibarən müsəlmanların cümə ibadətlərinə açılır.

916 il kilsə, 481 il məscid və 80 ildən artıq bir dövr ərzində muzey kimi istifadə olunmuş Ayasofyanın müsəlmanların ibadətinə yenidən açılması üçün tikilinin içərisində iki həftədir ki, hazırlıq işləri görülür.

Hazırlıqlara bilet satışı məntəqəsinin götürülməsi, içərisindəki tarixi mozaika təsvirlərinin üzərlərinin örtülməsi və yerlərə xalça döşənməsi daxildir.
1500 yaşlı UNESCO dünya mədəniyyəti incisi 1934-cü ildən muzey kimi fəaliyyət göstərib.

İyul ayının əvvəllərində Türkiyə məhkəməsi Ayasofyanın muzey statusunu ləğv edərək, onun məsciddən başqa bir funksiya daşımasını "qanunla mümkünsüz" olduğunu bildirib.

Turkiyə Prezidenti Recep Tayyip Erdogan bir müddət əvvəl bütün dünyada məşhur olan tikilinin cümə namazları üçün istifadə ediləcəyini bəyan etmişdi.






Mənbə: BBC.azery
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!