Ermənistan əhalisini 5 milyona çatdırmaq – Paşinyanın strategiyası başqa nələri nəzərdə tutur
2050-ci ilədək Ermənistan əhalisini 5 milyona çatdırmaq, 1,5 milyon yeni iş yeri yaratmaq, yoxsulluğu aradan qaldırmaq, orta əmək haqqını 7 dəfə artırmaq, sağlam həyat tərzini məqsəd qoymaq və ömür müddətini 90 ilədək artırmaq – bunlar Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təqdim olunan "Ermənistanın 2050-ci ilədək transformasiya strategiyası" siyahısının bir hissəsidir.

Paşinyan deyir ki, strategiyanın düsturları ambisiyalar və xəyallardır, bunun köməyi ilə erməni cəmiyyəti ölkənin hara getdiyini və Ermənistanı 2050-ci ildə necə gördüyünü anlamalıdır.

Eyni zamanda, siyasi spekulyasiyaların yaranmaması üçün, əvvəlcədən qeyd edir ki, bütün bunlar özü və komandasının 2050-ci ilə qədər hakimiyyətdə qalmağı planlaşdırdıqları mənasını vermir.

Yuxarıda deyilənlərə əlavə olaraq, Paşinyanın strategiyasına görə "Ermənistan 2050-ci ilədək dünyanın ən güclü ordusuna" və "dünyanın ən güclü kəşfiyyat xidmətlərindən birinə" sahib olmalıdır.

Ermənistan Baş nazirinin ambisiyaları arasında "ən yaxşı ali təhsil sistemi" də var.

"2050-ci ilə qədər üç erməni universiteti dünyanın ən yaxşı 200-lüyünə daxil olmalıdır."

Paşinyan ölkənin yeni strategiyasını daha yaxşı başa düşmək və ictimaiyyəti bu işə cəlb etmək üçün "Ermənistan 2050" veb-saytının yaxın gələcəkdə istifadəyə veriləcəyini, bunun təklif və tənqidlər üçün iş sahəsinə çevriləcəyini söylədi.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google