Gürcüstan vətəndaşı Bakıda özünə bıçaqla xəsarət yetirib
Bakıda intihara cəhd hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda yerləşən "Reymon" otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Qiorqiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google