Braziliyada bir gündə 33,2 mindən çox insanda COVID-19 virusu aşkarlanıb
Braziliyada son sutka ərzində daha 33 281 nəfərin koronavirus infeksiyasına yoluxması, 869 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 624 885 nəfər yoluxub. Bu müddət ərzində 138 977 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 992 886 xəstə müalicə olunaraq sağalıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google