Braziliyada son sutka ərzində daha 33 281 nəfərin koronavirus
infeksiyasına yoluxması, 869 nəfərin isə bu virusdan ölməsi
təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə
4 624 885 nəfər yoluxub. Bu müddət ərzində 138 977 koronaviruslu
xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 3 992 886 xəstə müalicə olunaraq sağalıb.
Mənbə: apa.az