Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən
səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik
elan edilib.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi
vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və
hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata
keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mənbə: apa.az