“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və
Fransa indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini
həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni
edirlər”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk
əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər
Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu
ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev
bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır.
Bunu hamınız qəbul etmisiniz axı”, - deyə Ərdoğan
vurğulayıb.
Mənbə: apa.az