Azərbaycan və Ermənistan arasında gecə ərzində gərgin döyüşlər davam edib - VİDEO
Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Marneulifm Apa-ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri  müdafiə olunaraq Ermənistanın bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində Ermənistanın Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunları tərəfindən məhv edilib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən Ermənistanın 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edir. Ermənistan tərəfi ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.



Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google